24 Avqust 15:09 Lionel Messi: 64-dən 14-ü
FUTBOL xəbərləri 24 Avqust 15:09
375 baxış

Lionel Messi: 64-dən 14-ü

“Barselona”nın ulduz futbolçusu Lionel Messi İspaniya La Liqasının I turunda “Atletik” səfərində penaltidən düzgün yararlana bilməyib. Apasport.az saytının məlumatına görə, argentinalı hücumçu bununla “Barselona”da 14-cü dəfə penaltini qola çevirə bilməyib.

 

2004-cü ildən Kataloniya klubunun əsas komandasının formasını geyinən Leo indiyə qədər 64 dəfə onbirmetrlik zərbədən istifadə edib və bunun 50-də toru silkələməyi bacarıb.

 

Müqayisə üçün qeyd edək ki, “Real”ın hücumçusu Kriştianu Ronaldo 63 penalti zərbəsindən yalnız 7-də qola sevinə bilməyib.

Xəbər lenti