9 Fevral 02:14 Lionel Messi Rivaldonu keçdi
FUTBOL xəbərləri 9 Fevral 02:14
404 baxış

Lionel Messi Rivaldonu keçdi

İspaniya La Liqasının XXII turu çərçivəsində səfərdə “Atletik”lə qarşılaşan “Barselona”nın hücumçusu Lionel Messi üçün əlamətdar olub. Apasport.az saytının məlumatına görə, matçın 12-ci dəqiqəsində cərimə zəribəsindən hesabı açan Argentina millisinin hücumçusu Kataloniya təmsilçisinin sabiq futbolçusu Rivaldonu keçib.

 

Belə ki, “Atletik”in qapısına vurduğu qol Messi üçün “Barsa”da standart vəziyyətlərindən 12-cisi olub.

 

20 ildə yalnız 3 futbolçu daha çox fərqlənib. Kriştianu Ronaldo və Ronaldinyo 15, Roberto Karlos isə 16 dəfə rəqib qapıçılarını cəzalandırıb.

 

Qeyd edək ki, “Barselona” “Atletik”ə səfərdə 2:5 hesabı ilə qalib gəlib.

Xəbər lenti