12 İyul 11:36 “Liverpul” Alissonu istəyir
FUTBOL xəbərləri 12 İyul 11:36
238 baxış

“Liverpul” Alissonu istəyir

“Liverpul” “Roma”nın qolkiperi Alissonun transferində israr edir. Apasport.az saytının “La Gazzetta dello Sport”a istinadən məlumatına görə, Mersisayd klubu Braziliya millisinin üzvü qarşılığında “canavarlar”a 60 milyon avro təklif edib. Həmçinin bonus kimi əlavə 5 milyon avro da nəzərdə tutulub.

 

Bu, indiyə kimi Alissona görə “Roma”ya gəlmiş ən yüksək təklifdi. Ancaq paytaxt təmsilçisi 70 milyon avrodan aşağı qiymətə razılaşmaq niyyətində deyil.

 

Qeyd edək ki, “Liverpul”la yanaşı, “Çelsi” və “Real” da Alissonun xidmətində maraqlıdı.

Xəbər lenti