25 Avqust 21:28 “Liverpul” və “Roma”nın keçmiş futbolçusu Hindistan birinciliyində
FUTBOL xəbərləri 25 Avqust 21:28
399 baxış

“Liverpul” və “Roma”nın keçmiş futbolçusu Hindistan birinciliyində

Bir zamanların məşhur futbolçusu Con Arne Riise futbolçu karyerası barəsində sürpriz qərara imza atıb. Apasport.az saytının məlumatına görə, norveçli veteran futbolçu Hindistana üz tutub.

 

O, “Dinamos Dehli” komandasının uğurları üçün tər tökəcək. Bu barədə klubun rəsmi “tvitter” hesabından məlumat verilib.

 

Riise bu komandanın tərkibindəki ilk tanınmış avropalı olmayacaq. Belə ki, “Dinamos Dehli”nin baş məşqçisi məşhur braziliyalı futbolçu Roberto Karlosdu.

 

Qeyd edək ki, norveçli futbolçu karyerası ərzində daha çox "Liverpul" və "Roma"dakı çıxışları ilə məşhurlaşıb.

Xəbər lenti