14 İyun 11:13 Lopeteqinin “Real”dan istədiyi ilk futbolçu
FUTBOL xəbərləri 14 İyun 11:13
990 baxış

Lopeteqinin “Real”dan istədiyi ilk futbolçu

“Real”ın yeni baş məşqçisi Xulen Lopeteqinin komandasında görmək istədiyi ilk futbolçunun adına aydınlıq gəlib. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, 52 yaşlı mütəxəssis “Çelsi”nin yarımmüdafiəçisi Nqolo Kanteyə “elçi düşüb”.

O, “Real”ın prezidenti Florentino Peresdən fransalı futbolçunun alınmasını tələb edib. Lakin bu keçid “kral klubu”na asan başa gəlməyəcək. Çünki “Çelsi”nin sahibi Roman Abramoviç 27 yaşlı orta sahə oyunçusunu satmaqda maraqlı deyil.

Qeyd edək ki, Nqolo Kante ötən mövsüm “Çelsi”nin heyətində 55 matçda iştirak edib, 1 qol, 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər lenti