12 Sentyabr 14:14 Lui van Qal: Düzdü, mən diktatoram
FUTBOL xəbərləri 12 Sentyabr 14:14
655 baxış

Lui van Qal: Düzdü, mən diktatoram

“Əvvəlcə Viktor Valdeslə problemim oldu. Daha sonra isə komanda üçün böyük önəm kəsb edən David de Xeanın başqa klubu keçidi məsələsi məni pərişan etdi. Yaxşı ki, sonra onlarla açıq şəkildə danışdıq, fikrimizi bir-birimizə çatdırdıq”. Apasport.az saytı xəbər verir ki, bu sözləri “Mançester Yunayted” klubunun baş məşqçisi Lui van Qal deyib.

 

Futbolçuların ondan narazı olmasına toxunan hollandiyalı çalışdırıcı diktator sayılmasına belə münasibət bildirib: “Düzdü, mən diktatoram. Amma istənilən insanla açıq söhbət etməyə hazıram”.

 

Qeyd edək ki, van Qal 2014-cü ildən “Mançester Yunayted”in “sükanı arxası”ndadı. 

Xəbər lenti