28 Oktyabr 11:37 “Maaşların gecikməsinin səbəbi var” - Georgi Nikolov
FUTBOL xəbərləri 28 Oktyabr 11:37
775 baxış

“Maaşların gecikməsinin səbəbi var” - Georgi Nikolov

Ötən mövsümün sonlarından maliyyə problemi yaşayan, bu səbəbdən yayda heyət dəyişikliyinə məruz qalan “İnter” yenidən eyni halla üzləşib. Apasport.az saytının məlumatına görə, paytaxt klubunun futbolçuları bu ayın maaşını hələ ala bilməyiblər.

 

“İnter”də yeni mövsümdən pul problemi məsələsi gündəmə gəlməsə də, bu ay  maaşların gecikməsi müşahidə olunur. Bunu saytımıza açıqlamasında klubun prezidenti Georgi Nikolov da təsdiqləyib.

 

O bildirib ki, oktyabrın maaşları gecikdirilsə də, klubun maddi cəhətdən ciddi problemi yoxdu: “Deməzdim ki, maddi problemimiz var. Sadəcə, müəyyən gecikmələr olur. Yeni mövsüm başlayandan sponsorumuz öz öhdəliklərini dəqiq yerinə yetirir. Yalnız bu ay maaşlar bir qədər gecikib. Amma futbolçuları arxayın etdik ki, problem tezliklə həll olunacaq. Əslində maaşların gecikməsinin səbəbi var, amma bunu açıqlaya bilmərəm”.

 

Xəbər lenti

Xəbər lenti