19 İyun 22:41 “Madriddə keçirdiyim günlər üçün çox məyusam”
FUTBOL xəbərləri 19 İyun 22:41
879 baxış

“Madriddə keçirdiyim günlər üçün çox məyusam”

“Mançester Yunayted”in hücumçusu Xavier Hernandes Madrid “Real”ındakı karyerası haqqında fikirlərini bildirib. Apasport.az saytının “SKY Sport”a istinadən məlumatına görə, ötən mövsümü icarə əsasında “Real”da keçirmiş Çiçarito Madriddə keçirdiyi günləri məyusluq adlandırıb:

 

“Çempionlar Liqasında “Atletiko”ya vurduğum qol yeganə müsbət məqamdı. Çox çətin il oldu. Məşqçilər heyəti məni tamamilə gözdən çıxartmışdı. İcarə əsasında “Real”da keçirdiyim mövsüm üçün çox məyusam. Çünki komandanın əsas hissəsi ola bilmədim”.

Xəbər lenti