23 Oktyabr 19:35 “Maliyyə durumu normallaşmaqdadı” – Tərlan Əhmədov
FUTBOL xəbərləri 23 Oktyabr 19:35
1261 baxış

“Maliyyə durumu normallaşmaqdadı” – Tərlan Əhmədov

“Ruh düşkünlüyünə baxmayaraq, AZAL əzmkar oyun sərgilədi. Ümumilikdə hər iki komandanın ifasında maraqlı, mübarizəli bir oyun gördük”. Apasport.az saytının məlumatına görə, bu sözləri AZAL-ın baş məşqçisi Tərlan Əhmədov deyib.

 

Topaz Premyer Liqasının IX turunda “Neftçi” ilə qarşılaşan “təyyarəçilər”in baş məşqçisi 2:1 hesablı qalibiyyət haqqında fikirlərini bildirib:

 

“Biz oyunun taleyini ilk hissədə həll edə bilərdik. Sadəcə, yaradılan qol vəziyyətlərindən maksimum istifadə edə bilmədik. Fasilədə komandaya əks hücumlarda oynamağı tapşırdım. Eyni zamanda, edilən dəyişikliklər də öz bəhrəsini verdi. Bu qələbəyə görə komandaya təşəkkür edirəm, artıq “Neftçi” ilə matçı unudub, növbəti tura hazırlaşmaq vacibdir. Biz bəzi səhvləri etməsəydik, indi xallarımız daha çox olardı. Maliyyə durumu normallaşmaqdadır. Artıq məşqçilər korpusunun, futbolçuların maaşları ödənilib”.

Xəbər lenti