30 İyul 16:14 Malta yığması Bakıya gəlir
FUTBOL xəbərləri 30 İyul 16:14
707 baxış

Malta yığması Bakıya gəlir

19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi 2 yoxlama oyunu keçirəcək. Apasport.az saytının məlumatına görə, avqustun 1-dən 7-dək Bakıda təlim-məşq toplanışında olacaq millimiz hər iki matçda Malta ilə qarşılaşacaq.

 

Qarşılaşmalar avqustun 5-də və 7-də baş tutacaq. Bayıl stadionunda keçiriləcək oyunlar saat 20:00-da başlayacaq.

 

Millimiz maltalılarla matçlara 24 futbolçu ilə hazırlaşacaq: Elvin Sərkərov, Rəsul Babazadə (hər ikisi “Neftçi”), Sərtan Taşkın, İlkin Sadıqov (hər ikisi “İnter”), Elnur Orucov, Bəhlul Mustafazadə, Yusif Nəbiyev, Ayxan Əsədov, Emin Zamanov, Roman Hüseynov (hamısı “Qəbələ”), Elnur Cəfərov, Şahsuvar İsazadə (hər ikisi “Xəzər Lənkəran”), Əlibəy Məmmədli (“Zirə”), Ramil Orucov, Xəyal Nəcəfov, Emil Həsənzadə (hamısı “Sumqayıt”), Mahir Mədətov, Eltun Turabov, Elçin İsmayılov (hamısı “Qarabağ”), Emil Əliyev (“Bakı”), Ağaseyid Qasımov, Fərid Kərimzadə (hər ikisi MOİK), İsmayıl İbrahimli (AZAL), Samir Musayev (“Ağsu”).

 

Xəbər lenti