29 İyun 11:19 “Mançester Siti” “Real”ın liderləri ilə danışıq aparır
FUTBOL xəbərləri 29 İyun 11:19
1029 baxış

“Mançester Siti” “Real”ın liderləri ilə danışıq aparır

ABŞ-da təlim-məşq toplanışında olan “Mançester Siti” digər tərəfdən ulduz futbolçu axtarışını da davam etdirir. Apasport.az saytı xəbər verir ki, “şəhərlilər” “Real”ın aparıcı futbolçularından olan Serxio Ramos və Qaret Beyllə danışıqlara başlayıb.

 

Hazırda ABŞ-da tətildə olan Beyl hətta ingilis klubunun “Nyu-York Siti” (1:3) ilə yoldaşlıq görüşünü də izləyib. Uelsli yarımmüdafiəçi matçdan sonra “Mançester Siti”nin nümayəndəsi Ferran Soriano ilə görüşüb, uzun müddət söhbət edib.

 

“Real”dan ayrılmaq istəyən Serxio Ramosun ilkin razılığını alan ada təmsilçisi indi də “Real” rəhbərliyi ilə ortaq məxrəcə gəlməyə çalışır. Lakin Mançester şəhərinin digər təmsilçisi “Mançester Yunayted” də təcrübəli müdafiəçinin xidmətində maraqlıdı. “Mankunianlar” bu keçid üçün 30 milyon avro və qapıçı David De Xeanı təklif etsə də, madridlilər buna razı olmayıb və Ramosun transfer qiymətinin 64 milyon funt-sterlinq olduğunu bəyan ediblər. “Mançester Siti” isə bundan bir az aşağı məbləğə Ramosun transferini həll etməyə çalışır.

Xəbər lenti