11 Avqust 12:33 “Mançester Siti”dən 47 milyon funt-sterlinqlik təklif
FUTBOL xəbərləri 11 Avqust 12:33
821 baxış

“Mançester Siti”dən 47 milyon funt-sterlinqlik təklif

Edin Dzekonu “Roma”ya satan “Mançester Siti” hücum xəttində yaranan boşluğu doldurmaq niyyətindədi. Apasport.az saytının İngiltərə mətbuatına istinadən məlumatına görə, “şəhərlilər” “Volfsburq”un oyunçusuna “elçi düşüblər”.

 

İngilis klubu belçikalı forvard Kevin de Bruynenin keçidi üçün növbəti dəfə “Volfsburq”un “qapısını döyüb”. Bir neçə gün əvvəl 35 milyon funt-sterlinqlik təklifi rədd edilən “Mançester Siti” bu dəfə qarşı tərəfə 47 milyon təklif edib. Almanların isə 50 milyon funt-sterlinq tələb etmələri bu keçidin baş tutma ehtimalını artırır. 24 yaşlı hücumçunun “Mançester Siti”yə transferinin bu həftə reallaşması gözlənilir.

 

Qeyd edək ki, Kevin de Bruyne “Volfsburq”a 2014-cü ildə “Çelsi”dən keçmişdi.

Xəbər lenti