23 İyul 17:18 “Mançester Yunayted” di Mariyanın PSJ-yə keçidinə razılaşdı
FUTBOL xəbərləri 23 İyul 17:18
621 baxış

“Mançester Yunayted” di Mariyanın PSJ-yə keçidinə razılaşdı

“Mançester Yunayted” rəhbərliyi komandanın aparıcı oyunçularından olan Anxel di Mariyanın PSJ-yə keçidinə razılıq verib. Apasport.az saytı xəbər verir ki, bu keçid “mankunianlar”a 45 milyon funt-sterlinq qazandıracaq.

 

Bundan əlavə, di Mariyanın Paris klubu ilə imzalayacağı müqavilədəki bəndə əsasən, yaxşı çıxış edəcəyi təqdirdə, “qırmızı şeytanlar” əlavə bonus əldə edəcəklər.

 

Di Mariyanın PSJ ilə 5 illik sözləşmə imzalayacağı bildirilir. Razılaşmaya əsasən, 27 yaşlı yarımmüdafiəçi yeni klubunda həftədə 134 min funt-sterlinq qazanacaq.

 

Qeyd edək ki, di Mariya “Mançester Yunayted”ə ötən il Madrid “Real”ından transfer olunub. 

Xəbər lenti