9 İyun 20:51 “Mançester Yunayted” “Real”a 25 milyon təklif edir
FUTBOL xəbərləri 9 İyun 20:51
870 baxış

“Mançester Yunayted” “Real”a 25 milyon təklif edir

“Mançester Yunayted” və “Real” klubları fransız oyunçu Rafael Varanın keçidində anlaşmaq üzrədilər. Apasport.az saytının məlumatına görə, bu barədə “AS” nəşri yazıb.

 

Artıq tərəflər keçidin mümkün detallarını müzakirə ediblər. İspan mətbuatı iddia edir ki, “qırmızı şeytanlar” Madriddə özünü narahat hiss edən Varan üçün “kral klubu”na 25 milyon avro ödəməyə hazırdı.