12 Avqust 14:38 “Mançester Yunayted”dən De Xea ilə bağlı sürpriz qərar
FUTBOL xəbərləri 12 Avqust 14:38
1056 baxış

“Mançester Yunayted”dən De Xea ilə bağlı sürpriz qərar

“Real”ın çoxdandı transfer etməyə çalışdığı David De Xeanın “kral klubu”na keçidi, deyəsən, baş tutmayacaq. Apasport.az saytının İngiltərə mətbuatına istinadən məlumatına görə, ispaniyalı futbolçunun adı “qırmızı şeytanlar”ın iştirak ərizəsinə salınıb.

 

Çempionlar Liqasının pley-off mərhələsində “Brügge” ilə qarşılaşacaq “mankunianlar” sifariş ərizəsini UEFA-ya göndərib. Maraqlıdı ki, heyətdə məhz De Xeanın da adı yer alıb. Bu isə o deməkdi ki, qolkiper “Brügge” ilə qarşılaşmada meydançaya çıxarsa, “Real”a transfer olacağı təqdirdə, gələn ilin yanvarına qədər ÇL-də ispan klubuna kömək edə bilməyəcək. Burdan belə qənaətə gəlmək olar ki, De Xea “Mançester Yunayted”də qalacaq.

 

Digər ispan qapıçı Viktor Valdes isə heyətə salınmayıb. Baş məşqçi Lui van Qalla mübahisə edən təcrübəli qolkiperin komandadan ayrılması gözlənilir.

Xəbər lenti