12 İyul 13:15 “Mançester Yunayted”dən “Real”a yeni təklif
FUTBOL xəbərləri 12 İyul 13:15
1136 baxış

“Mançester Yunayted”dən “Real”a yeni təklif

Madridin “Real” klubu David De Xeanı transfer etmək fikrindən əl çəkmir. Apasport.az saytının məlumatına görə, kral klubu ilə “Mançester Yunayted” arasındakı danışıqlar yeni mərhələyə keçib.

 

“Marka” qəzeti iddia edir ki, “qırmızı şeytanlar” madridli həmkarlarına De Xeanın əvəzində Serxio Ramosun və ehtiyat qapıçı Keylor Navasın transfer hüququnu onlara verməyi təklif edib.

 

“Kral klubu”nda isə bu təklifə ciddi yanaşmır və danışıqlar prosesinin bir hissəsi kimi baxırlar.

 

Qeyd edək ki, artıq “Real” əsas qapıçısı İker Kasilyasın “Porto”ya keçidini təsdiqləyib.

Xəbər lenti