20 Sentyabr 23:49 Manuel Skarlatake: “Hakimlər komandamıza qarşı sərt davranırlar” - MÜSAHİBƏ
FUTBOL xəbərləri 20 Sentyabr 23:49
4576 baxış

Manuel Skarlatake: “Hakimlər komandamıza qarşı sərt davranırlar” - MÜSAHİBƏ

“Bakcell Arena”da baş tutan “Böyük oyun”da qalib müəyyənləşmədi. “Xəzər Lənkəran” azlıqda qalmasına rəğmən, paytaxtı xalla tərk etməyi bacardı. Əslində, “cənublular” azlıqda qaldıqdan sonra “ağ-qaralar”ın hesabı da lehinə dəyişəcəyi gözlənilirdi. Ancaq əzmkarlıq nümayiş etdirən qonaqlar buna imkan vermədi, üstəlik hesabı da bərabərləşdirdi. Oyundan sonra əyalət təmsilçisinin təcrübəli müdafiəçisi Manuel Skarlatake “mix-zona”da jurnalistlərin suallarını cavablandırıb.

 

- Penalti, qırmızı vərəqə və heç-heçə...Nə deyə bilərsiniz?

- Bir xal qazandığımıza görə, sevinirk. Komanda yoldaşlarımla qürur duyuram. İlk dəfədir ki, biz “Bakcell Arena”da “Neftçi” ilə qarşılaşmadan xalla ayrılırıq. Qırmızı vərəqəyə görə komanda yoldaşlarımdan üzr istəyirəm. Amma ikinci sarı vərəqə ilə razılaşmıram. Hakim bir qədər tələsdi. Ümumiyyətlə, son iki oyunda hakimlər komandamıza qarşı sərt davranırlar, qırmızı vərəqələrdən çox istifadə edirlər.

 

- Qazanılan 1 xal sizi məmnun edir?

- Hər şeyə real yanaşsaq, əlbəttə, qane edir. Çünki biz oyunu 10 nəfərlə keçirdik, hesabda geri düşdük. Qol vurmaq çox çətin idi. Komanda yoldaşlarım xarakter göstərdi və bizi razı salan 1 xalı qazandıq. Bu nəticə bizim üçün çox vacib idi.

 

- Qırmızı vərəqə ilə razı deyilsiniz?

- Razı deyiləm. İkinci sarı vərəqəni göstərməmək olardı. Düzdü, “foul” var idi, amma vərəqəsiz keçinmək olardı. Çünki 10 nəfərlə 11 nəfərə qarşı oynamaq çox çətindi. Üstəlik bu mərkəzi oyunda baş verirsə.

 

- “Neftçi”ni cütün favoriti saymırsınız?

- Onlar yaxşı komandadı, amma “Xəzər Lənkəran”da zəif deyil. Matç da bərabərə bitdi. Biz bir xalı azlıqda qala-qala qazandıq. Bunu da unutmayaq. 

Xəbər lenti