30 İyul 15:01 Mario Qomes rəsmən “Beşiktaş”da
FUTBOL xəbərləri 30 İyul 15:01
683 baxış

Mario Qomes rəsmən “Beşiktaş”da

Türkiyənin “Beşiktaş” klubu uzun müddətdi danışıq apardığı almaniyalı futbolçu Mario Qomesin transferini rəsmiləşdirib. Apasport.az klubun saytına istinadən xəbər verir ki, “qara qartal” “Fiorentina”nın futbolçusunu icarəyə götürüb.

 

Qomes qarşıdakı 1 il ərzində icarə əsasında İstanbul klubunun formasını geyinəcək. Razılaşmaya əsasən, türklər mövsümün sonunda 30 yaşlı forvardın transfer hüququnu birdəfəlik ala bilərlər.

 

Qomesin “Beşiktaş”dakı qazancı da bəlli olub. O, bir mövsüm ərzində “ağ-qaralar”da 3,5 milyon avro məvacib alacaq. 

Xəbər lenti