14 İyun 11:43 Marsyal “Mançester Yunayted”dən ayrılmaq istəyir
FUTBOL xəbərləri 14 İyun 11:43
200 baxış

Marsyal “Mançester Yunayted”dən ayrılmaq istəyir

Antoni Marsyal “Mançester Yunayted”i tərk etmək fikrindədi. Apasport.az saytının məlumatına görə, fransız hücumçunun meneceri Filipp Lamboli “RMC Sport”a verdiyi müsahibədə bu mövzuya toxunub.

 

“Antoni “Mançester Yunayted”dən ayrılmaq istəyir. Bunun üçün bir neçə səbəbi var, ancaq hələlik bu barədə danışmaq üçün tezdi. Antoni daha sonra gələcəyi barədə məsələlərə aydınlıq gətirəcək” – deyə, Lamboli bildirib.

 

Agentin sözlərinə görə, danışıqların yubadılması Marsyalın “qırmızı şeytanlar” üçün önəm kəsb etməməsi anlamına gəlir: “Düşünürəm ki, əgər dünyanın ən güclü klubu hesab olunan “Mançester Yunayted” 8 aydı ki, müqavilə yeniləməklə bağlı yekun qərara gələ bilmirsə, deməli, sözügedən oyunçu onlar üçün önəmli deyil. Antoninin “Mançester Yunayted”lə müqaviləsi var, klubun qərarlarına hörmətlə yanaşır, üzərinə düşən öhdəlikləri yerinə yetirməyə hazırdı, ancaq o, birmənalı şəkildə komandadan ayrılmaq istəyir. Bu, düşünülmüş qərardı”

 

Qeyd edək ki, geridə qalan mövsümdə 30 matçda meydana çıxan Antoni Marsyal 9 qol vurmaqla yanaşı, 5 dəfə komanda yoldaşlarına məhsuldar ötürmə verib.

Xəbər lenti