22 Oktyabr 13:14 Maurisio Poçettino: Derbilər ərəfəsində “Qarabağ”la oyun...
FUTBOL xəbərləri 22 Oktyabr 13:14
1432 baxış

Maurisio Poçettino: Derbilər ərəfəsində “Qarabağ”la oyun...

“Bütün oyunlara qələbə üçün çıxırıq. Amma paralel olaraq, həm Premyer Liqada, həm də Avropa Liqasında mübarizə aparmaq çətindi”. Apasport.az saytı Britaniya mətbuatına istinadən xəbər verir ki, bu sözləri İngiltərənin “Tottenhem” klubunun baş məşqçisi Maurisio Poçettino deyib.

 

Avropa Liqasının qrup mərhələsində “Qarabağ”ın rəqiblərindən olan “Tottenhem” bu gün səfərdə “Anderlext”lə üz-üzə gələcək.

 

Bu görüşdən öncə açıqlama verən Poçettino getdikcə hər iki “cəbhə”də mübarizənin çətinləşəcəyini bildirib: “Dekabrdan etibarən Premyer Liqanın qrafiki daha da sıxlaşır. Həmin vaxt Avroliqada da mübarizə güclənir. Bu ilin son 2 ayında işimiz heç də asan olmayacaq”.

 

“Tottenhem”in aparıcı hücumçusu Harri Keyn “Anderlext”lə görüşdə iştirak etməyə bilər. Buna səbəb Poçettinonun ingilis forvardı zədədən qorumaq istəyidi: “Keyn “Anderlext”lə oyuna əsas heyətdə çıxmaya bilər. “Liverpul”la matçın sonlarında problemlə üzləşdi. Bu mənada, ehtiyatda qalacağı inandırıcı görünür. Bundan əlavə, noyabrda sıx oyun qrafikimiz olacaq. “Arsenal”, “Vest Hem” və “Çelsi” ilə London derbiləri ilə yanaşı, Azərbaycana uzun yol qət etməli olacağıq. Həmin ərəfədə səfərdə “Qarabağ”la qarşılaşmalıyıq. Bütün bunları nəzərə alıb, Keynə “Anderlext”lə görüşdə istirahət verə bilərik. Çünki o bizə noyabrda daha çox lazım olacaq”. 

Xəbər lenti