14 Oktyabr 09:47 "Məğlub olmuşuqsa, razı qalmalı bir şey yoxdu" - Ruslan Abışov
FUTBOL xəbərləri 14 Oktyabr 09:47
4703 baxış

"Məğlub olmuşuqsa, razı qalmalı bir şey yoxdu" - Ruslan Abışov

Azərbaycan yığmasının müdafiəçisi Ruslan Abışovun apasport.az saytına müsahibəsi

 

- Millimizin AVRO-2016-nın seçmə mərhələsində Bolqarıstanla görüşdə xal və ya xallar qazanacağı gözlənilsə də, əksinə oldu...

- Məğlubiyyəti gözləmirdik. Birinci hissəni o qədər də yaxşı keçirmədik. Amma ikinci 45 dəqiqədə çalışdıq ki, futbol oynayaq və nəticə qazanaq. Amma bu məqamda qapımızdan ikinci topu buraxdıq. Yenə də oyunu dəyişmək olardı. Qol vurmağa çalışdıq. Lakin çox qol epizodu yarada bilmədik.

 

- Matçdan öncə bütün futbolçular iddialı danışırdılar. Məğlubiyyətə arxayınlıq səbəb olmadı ki?

- Meydançaya arxayın çıxdığımızı deməzdim. Oyun da göstərdi ki, rəqibin o qədər də qol imkanları olmadı. Kamran Ağayev çətin anlar yaşamadı. Bizim üçün, həqiqətən də, bu məğlubiyyət gözlənilməz oldu.

 

- Fasilədə baş məşqçi Robert Prosineçki oyunçuları ciddi şəkildə tənbeh etdimi?

- Birinci hissə başa çatandan sonra bizə göstərişlərini verdi. Bunun da nəticəsində ikinci hissədə yaxşı çıxış etməyə başladıq.

 

- Uzun fasilədən sonra yığmanın əsas heyətində yer aldınız. Öz çıxışınızdan razı qaldızmı?

- Əgər məğlub olmuşuqsa, razı qalmalı bir şey yoxdu. Odu ki, oyunumdan razı qaldığımı deyə bilmərəm. Düzdü, ilk hissədə çətinliklər var idi və bunu hiss edirdim. Bu da uzun fasilədən sonra oynamağımla bağlı idi. İlk 15 dəqiqədə həyəcan hiss olunurdu. Ancaq fasilədən sonra hər şey qaydasına düşdü. Buna görə də, ikinci hissəni daha yaxşı keçirdim. Amma yenə deyirəm, öz çıxışımdan o qədər də razı qalmadım. Çünki matçdan məğlubiyyətlə ayrılan tərəf biz olmuşuq.

 

Xəbər lenti