14 Oktyabr 13:51 Məğlubedilməzlərin duelinin vaxtı dəqiqləşdi
FUTBOL xəbərləri 14 Oktyabr 13:51
402 baxış

Məğlubedilməzlərin duelinin vaxtı dəqiqləşdi

Topaz Premyer Liqasının VIII turunun “Qarabağ” – “Zirə” matçının vaxtı dəqiqləşib. Apasport.az saytının məlumatına görə, 7 turdan sonra məğlubiyyət acısı yaşamayan iki komandanın oktyabrın 17-də baş tutacaq dueli saat 18:00-da başlayacaq.

 

Çempionatın lideri 3-cü pillədə qərarlaşan debütantı Suraxanı qəsəbə stadionunda qəbul edəcək. Bu matç turnir cədvəli baxımından turun mərkəzi qarşılaşması olacaq.

Xəbər lenti