31 Oktyabr 21:55 “Məğlubiyyətə görə səhv məndədi” – Tərlan Əhmədov
FUTBOL xəbərləri 31 Oktyabr 21:55
949 baxış

“Məğlubiyyətə görə səhv məndədi” – Tərlan Əhmədov

“Qarabağ”la oyundan öncə futbolçularda həyəcan hiss edirdim. “Qarabağ”ın adından çəkinən futbolçularımda həyəcanı aradan qaldıra bilmədim”. Apasport.az saytının məlumatına görə, bu sözləri AZAL-ın baş məşqçisi Tərlan Əhmədov deyib.

 

Topaz Premyer Liqasının XI turu çərçivəsində “Qarabağ”ın qonağı olan “təyyarəçilər”in çalışdırıcısı matç haqqında fikirlərini bildirib: “Məğlubiyyətə görə səhv məndədir. Hər halda,  vaxt az olduğuna görə komandanı tam hazır edə bilmədik. “Qarabağ”ı təbrik edirəm. Biz isə “Kəpəz”lə oyuna hazırlaşacağıq. Açığı, biz müdafiə olunduq və səhvlərdən qollar buraxdıq. Səviyyə fərqi öz sözünü dedi”.

Xəbər lenti