12 Noyabr 16:53 “Mən Bəhmən Həsənov kimi nələrisə eləmirəm” – MÜSAHİBƏ
FUTBOL xəbərləri 12 Noyabr 16:53
5368 baxış

“Mən Bəhmən Həsənov kimi nələrisə eləmirəm” – MÜSAHİBƏ

“Rəvan”ın sabiq baş məşqçisi Emin Quliyevin apasport.az saytına müsahibəsi

 

- “Rəvan”dan gedəndən sonra futboldan uzaq qalmısınız?

- Bəli, boş-bekaram. Məşqçilik kursunu oxuyuram. Dərsə gedib-gəlirəm.

 

- Siz də digər məşqçilər kimi, uzun müddət işsiz qalmaqdan narahat deyilsiniz?

- Əlbəttə narahatam. İşsiz qalmağın nə demək olduğunu yaxşı bilirəm.

 

- Baş məşqçi kimi ilk iş yeriniz “Rəvan” oldu. Karyeranız yaxşı başlamadı. İndi peşman deyilsiniz?

- Bu da bir sınaqdı, olmalı idi. Mənim üçün bir dərs oldu.

 

- Belə olacağını öncədən bilsəydiniz, “Rəvan”a keçərdiniz?

- Yəqin ki, keçməzdim.

 

- Bu komandada uğursuzluğa düçar olmağınızın səbəbi nə oldu?

- Özünüz də bilirsiniz ki, toplanışa gec başlamışdıq. Çempionatın startına 15-20 gün qalmış hazırlığa start verdik. Həmin vaxt da yaxşı futbolçuları digər komandalar yığmışdılar, yerdə qalanlarını biz götürdük. Zəif mövqelərimiz var idi, onları gücləndirmək istəyirdik, alınmadı.

 

- Komandadan ayrıldıqdan sonra futbolçuların qəsdən oynamadıqlarını iddia edirdiniz...

- Mən özüm də futbolçu olmuşam. Heç kimin boynuna yıxa bilmərəm. Allah baxır. Amma futbolun içindəyik. Hər oyunda eyni səhvləri təkrarlamağa nə ad vermək olar? Ya onun bacardığı budu, ya da burda nəsə var.

 

- Həqiqətən də, qəsdən zəif çıxış edirdilər, yoxsa əsəbi olduğunuz üçün belə açıqlama vermişdiniz?

- İlk 2-3 oyunu yaxşı keçirdilər. Artıq bütün Azərbaycan onlardan danışırdı ki, cavan uşaqlar yaxşı oynayırlar. Amma sonra oynamamağa başladılar. Hər matçda bir “padarka”... Belə şey olmaz axı.

 

- Yəni sifarişli iş görürdülər?

- Futbolda hər şey ola bilər, xüsusilə “Rəvan”da.

 

- Bu işlərin başında hazırkı baş məşqçi Bəhmən Həsənov dururdu? Çünki siz həmin vaxt sözü ona vurmuşdunuz...

- Yaxşısı odu Bəhmən Həsənov ömrünün sonunadək “Rəvan”da işləsin.

 

- Onun ayağınızın altını qazmasını konkret nədə hiss edirdiniz?

- Mən demirəm ki, ayağımın altını qazırdı. Məsələ burasındadı ki, vitse-prezidentimiz nə vaxt hara gedirdi, Bəhmən Həsənov da onun yanında olurdu. Bəhmən Həsənov orda akademiyaya baxırdı. Amma bütün günü vitse-prezidentlə birgə olurdu. Vitse-prezident gəlirdi ki, siz gəncsiniz, Bəhmən Həsənov gəlsin kömək eləsin, taktika göstərsin. Elə həmin vaxtdan bilinirdi ki, onu yavaş-yavaş əsas komandaya gətirirlər. Onlara dedim ki, mənim bu baxımdan problemim yoxdu, istəmirsiniz, bu dəqiqə gedə bilərəm. Elə bilirsiniz ki, işdən qorxub kiməsə yalvaracam, ayağınıza düşəcəm və ya başqaları kimi nəsə edəcəm? Mən Bəhmən Həsənov kimi nələrisə eləmirəm. Deyirdim futbolçu lazımdı, almırdılar. Elə onda bilinirdi ki, nəsə var. Bunu istəyirdinizsə, məni nəyə gətirmişdiniz, elə əvvəldən onu qoyardınız da baş məşqçi.

 

- Futbolçuların qəsdən oynamadığını dediniz. Ad çəkə bilərsiniz?

- Onu mən deyə bilmərəm, Allah bilir.

 

- Ancaq deyirsiniz ki, bəzilərinin qəsdən zəif oynadıqlarını hiss edirdiniz...

- Bəli, hiss edirdim. Görürdüm ki, hansısa oyunçular səhv edirlər. Halbuki bunu etməməlidilər. Premyer Liqanın oyunçusu uşaq səhvləri edirdi. Heç uşaq belə səhvlər eləmir.

 

- Həmin vaxt bir neçə əcnəbi futbolçu ilə yollarınızı ayırmışdınız. Onlar buna görə getmişdilər?

- Əcnəbi futbolçu deyəndə, onlar “Rəvan”ın elə əvvəlki oyunçuları idi. Özləri gətirmişdilər, mən yox. Bir özbək futbolçunu gətirmələrini istəmişdim. Özbək də gəlib etimadı doğrultmadı, yola saldıq.

 

- Bəs qəsdən oynamayan futbolçuları vaxtında niyə qovmurdunuz?

- Çünki oyunçu yox idi, necə qovaydım? Bunların hansı səviyyədə olduqlarını əvvəldən bilmirdim. Mənə deyirdilər ki, oynayıblar, yaxşıdılar.

 

- Bəhmən Həsənov saytımıza müsahibəsində demişdi ki, bu, Emin Quliyevin yığdığı heyətdi. Əgər onlar qəsdən oynamırlarsa, bu, Eminin zəifliyidi...

- Bəhmən Həsənov çox şey deyə bilər. Eminin yığdığı komanda ilə çıxıb “Neftçi”ni məğlub edirlər. Fiziki cəhətdən hazır oyunçulardı. Bəhmən iki günə fiziki hazırlığı qaydasına saldı?

 

- Sizin gedişinizdən sonra “Rəvan” 4 oyun keçirib, onun 3-də məğlub olub. Nə dəyişib ki?

- Bilmirəm. Yəqin uşaqlar da məni istəməyiblər. Onlara 50 dəfə deyirdim ki, mükafat verin. “Xəzər Lənkəran”la səfərdə heç-heçə edəndə özümü döyürdüm ki, uşaqlara mükafat vermək lazımdı, həvəslənsinlər. Onu da etmirdilər. Nə oldu, indi “Qarabağ”a uduzurlar, futbolçulara mükafat verilir.

 

- Belə çıxır ki, sizin vaxtınızda komandaya pul ayrılmırdı?

- Mənim vaxtımda maliyyə durumları yaxşı deyildi, indi yaxşılaşdı? Sadəcə, pul ayırmırdılar.

 

Ruslan SADIQOV

 

Xəbər lenti