3 Sentyabr 17:04 “Mən gələndə, “Neftçi”nin 3 milyon dollara yaxın borcu var idi” - Çingiz Abdullayev
FUTBOL xəbərləri 3 Sentyabr 17:04
1592 baxış

“Mən gələndə, “Neftçi”nin 3 milyon dollara yaxın borcu var idi” - Çingiz Abdullayev

“Dünən SOCAR-ın prezidenti və vitse-prezidenti ilə görüşümüz oldu. Onlar klubun bütün borclarını ödəməyə razılıq verdilər. 10-15 günə “Neftçi”nin heç kimə borcu qalmayacaq”. Bu sözləri apasport.az saytına açıqlamasında “Neftçi”nin Müşahidə Şurasının sədri Çingiz Abdullayev deyib.

 

O bildirib ki, “Neftçi”nin Mpenza da daxil olmaqla, heç bir futbolçuya borcu qalmayacaq: “Emil Mpenza da daxil olmaqla, heç bir futbolçuya borcumuz qalmayacaq. Klubun 3 milyon dollara yaxın borcu var idi. Sağ olsun SOCAR rəhbərliyi, bu problemi həll etdi. Əvvəlki prezident Sadıq Sadıqovun arxasınca danışmaq istəmirəm. O, burda böyük işlər görüb. Amma həqiqət odu ki, mən bura gələndə klubun xeyli borcu var idi. Bildiyiniz kimi, futbolçunun alacağı olduğu klubu məhkəməyə vermək hüququ var. Belə olarsa, məhkəmə klubu ciddi cəzalandıra bilər. Biz də bunun baş verməməsi üçün müvafiq addımlar atdıq”.

 

Xəbər lenti