8 Avqust 10:08 “Mən hələ 3 il əvvəl demişdim ki, “Qəbələ”... – Qurban Qurbanov
FUTBOL xəbərləri 8 Avqust 10:08
4910 baxış

“Mən hələ 3 il əvvəl demişdim ki, “Qəbələ”... – Qurban Qurbanov

“Qəbələ” ilə oyunumuz çox çətin oyunumuz olacaq. Rəqib yüksəlişdə olan komandadı”. Apasport.az saytına bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib.

 

Həftəsonu Topaz Premyer Liqasında 2015/16 mövsümünə start veriləcək. Avrokubokda yoluna davam edən “Qarabağ”la “Qəbələ” isə ilk tur çərçivəsində avqustun 10-da Qəbələ şəhər stadionunda üz-üzə gələcəklər.

 

Qurban Qurbanov rəqib barədə müsbət fikirlər səsləndirib: “Roman Qriqorçukun gəlişindən sonra “Qəbələ” olduqca uğurlu çıxış edir. Komanda gündən-günə daha güclü oyun göstərir. Mən hələ 3 il əvvəl demişdim ki, 3-4 ildən sonra “Qəbələ” Azərbaycanın ən güclü klublarından birinə çevriləcək. Bu klubda böyük işlər görülməkdədi, həmçinin uşaq futboluna ciddi önəm verirlər. “Qəbələ” yüksək pillələrdə yer almağa layiq komandadı. Həm rəhbərliyi, həm də futbolçuları çox istəklidi. Hazırda da yaxşı formadadılar. Bizi çox çətin, sizi və azarkeşləri isə maraqlı oyun gözləyir”.

 

Qeyd edək ki, “Qəbələ” – “Qarabağ” oyunu avqustun 10-da keçiriləcək.

Xəbər lenti