8 Oktyabr 11:08 “Mən qərar sahibi deyiləm” – “Sumqayıt”ın prezidenti
FUTBOL xəbərləri 8 Oktyabr 11:08
5516 baxış

“Mən qərar sahibi deyiləm” – “Sumqayıt”ın prezidenti

“Sumqayıt”ın baş məşqçisi Aqil Məmmədov vəzifəsindən ayrılmaq qərarına gəlib. Apasport.az saytının məlumatına görə, gənc mütəxəssis artıq rəsmən istefa verib.

 

Cari mövsümün ilk 7 turunda cəmi 4 xal toplayan və turnir cədvəlində 9-cu pillədə qərarlaşan “gənclik şəhəri” təmsilçisinin uğursuz çıxışı Məmmədovu bu addımı atmağa vadar edib. Lakin onun vəzifəsindən gedib-getməyəcəyi hələ bəlli deyil.

 

Məsələ burasındadı ki, bu gün klubda baş tutacaq iclas zamanı 43 yaşlı məşqçinin taleyinə aydınlıq gələcək. Bunu əməkdaşımıza açıqlamasında “Sumqayıt”ın prezidenti Kamran Quliyev deyib: “Aqil Məmmədov hələ oktyabrın 5-də istefa ərizəsini rəhbərliyə təqdim etmişdi. Bu gün saat 15:00-da klubun Müşahidə Şurasının növbədənkənar iclası keçiriləcək və bu məsələ müzakirə olunacaq. Mən qərar sahibi  deyiləm. Klubda belə mühüm məsələlərlə bağlı qərarı Müşahidə Şurası verir. Bir qədər də səbr edin. Yəqin ki, iclasdan bir saat sonra suallarınızın cavabını alacaqsız”.

 

Qeyd edək ki, Aqil Məmmədov 2013-cü ildən “Sumqayıt”ı çalışdırır. Onun istefası qəbul olunarsa, bu posta əvəzedici heyətin çalışdırıcısı Samir Abasovun gətirilməsi gözlənilir. 

Xəbər lenti