9 Sentyabr 12:39 “Mənə dedi ki, çox qol vurmusuz, bəsdir daha”
FUTBOL xəbərləri 9 Sentyabr 12:39
3108 baxış

“Mənə dedi ki, çox qol vurmusuz, bəsdir daha”

“Lixtenşteynin qapıçısından üzr istədim. Ona dedim ki, əsəbləşmə, sən günahkar deyilsən, müdafiəçilər sənə kömək etmədilər”. Apasport.az saytı xəbər verir ki, bu sözləri Rusiya yığmasının futbolçusu Artyom Dzyuba deyib.

 

Avro-2016-nın seçmə mərhələsi çərçivəsində dünən Lixtenşteynin qonağı olan Rusiya millisi rəqib qapısından 7 cavabsız top keçirib.

 

Komandasının 4 qoluna imza atan Artyom Dzyuba oyundan sonra maraqlı açıqlama verib.

 

O bildirib ki, oyun ərzində Lixtenşteyn yığmasının qapıçısı Peter Yehle ilə tez-tez danışıb: “Onunla oyun ərzində çox dialoq qurduq. Hər dəfə topu qapıdan çıxaranda deyirdi ki, onsuz da, çox qol vurmusuz, bəsdir daha. Mən isə ona çox qol vurmaq məcburiyyətində olduğumuzu dedim. Başa düşürəm ki, hər bir qapıçıya bu qədər qol buraxmaq xoş deyil.

Əgər qrupda San-Marino və ya Malta ilə düşsəydik, onda mütləq Aleksandr Kerjakovun rekordunu təzələyərdim”. 

Xəbər lenti