13 İyun 13:41 “Mənə heç nə deməyiblər” – Riçard Qadze
FUTBOL xəbərləri 13 İyun 13:41
524 baxış

“Mənə heç nə deməyiblər” – Riçard Qadze

“Zirə”nin hücumçusu Riçard Qadzenin gələcək taleyi qeyri-müəyyəndi. Apasport.az saytının məlumatına görə, paytaxt klubu aparıcı hücumçusunun müqavilə müddətini yeniləməyə tələsmir.

 

Məsələ burasındadı ki, qanalı forvardın sözləşməsindəki bəndə əsasən, rəhbərliyin bu yay müqavilə müddətini daha 1 il müddətinə uzatmaq hüququ var. Lakin digər variantları da gözdən keçirən “Zirə” yüksək ödənişli Qadzeni gözlədir.

 

Futbolçu özü də əməkdaşımızla söhbətində klubdan bununla bağlı heç bir məlumat almadığını söyləyib: “Hələlik necə olacağını bilmirəm. Çünki klubla müqavilə müddətim bu ayın sonuna qədərdi. Rəhbərlik bu barədə hələ mənə heç nə deməyib, aramızda hansısa danışıq olmayıb. Yəqin ki, ayın sonuna qədər hər şeyə aydınlıq gələr”.

 

Qeyd edək ki, Riçard Qadze ötən mövsüm Topaz Premyer Liqasında keçirdiyi 23 oyunda 7 qola imza atıb.

Xəbər lenti