17 Oktyabr 17:17 “Mənim buna şərhim yoxdu” – Roman Qriqorçuk
FUTBOL xəbərləri 17 Oktyabr 17:17
4829 baxış

“Mənim buna şərhim yoxdu” – Roman Qriqorçuk

“Futbolçulardan çox razıyam. Oyunçular sona qədər oynadılar və inandılar”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Qəbələ”nin baş məşqçisi Roman Qriqorçuk deyib.

 

Topa Premyer Liqasının VIII turunda “Neftçi”nin qonağı olan “qırmızı-qaralar”ın baş məşqçisi oyun haqqında fikirlərini bölüşüb:

 

“Mən istənilən hesabla razılaşacaqdım. Tablodakı hesab sənin oyununun nəticəsidir. İlk hissədə çox sayda qol epizodlarımız oldu. Hesab böyük ola bilərdi, amma qollar vura bilmədik. İkinci hissədə bunu bacardıq. Futbolçulara təşəkkür edirəm. Son vaxtlar adımın Ukrayna yığması ilə hallanmasını oxuyuram. Mənə çoxlu zənglər gəlir. Mənim buna, sadəcə, şərhim yoxdur”.

Xəbər lenti