31 Avqust 08:23 “Məqsədimiz qrupdan çıxmaqdı” – “Krasnodar”ın futbolçusu
FUTBOL xəbərləri 31 Avqust 08:23
628 baxış

“Məqsədimiz qrupdan çıxmaqdı” – “Krasnodar”ın futbolçusu

“Lokomotiv”lə oyuna planlaşdırdığımız kimi başladıq. Erkən qol vurmaqla yanaşı, rəqibin təhlükəli hücumlar qurmasına imkan vermirdik. Ancaq sonra vəziyyət dəyişdi”. Apasport.az saytı xəbər verir ki, bu sözləri “Krasnodar”ın yarımmüdafiəçisi Pavel Mamayev deyib.

 

Avropa Liqasının qrup mərhələsində “Qəbələ”nin rəqiblərindən olan “Krasnodar” Rusiya çempionatının 7-ci turunda “Lokomotiv”ə uduzub – 1:2.

 

Bu görüşlə bağlı fikirlərini bölüşən Mamayev həmçinin AL-in qrup mərhələsi haqda da münasibət bildirib: “Lokomotiv” bizdən güclü deyildi. Sadəcə, baş məşqçimizin tapşırığını tam olaraq, həyata keçirə bilmədik. O ki qaldı Avropa Liqasına, püşkatmanın nəticəsindən razı qaldım. Rəqiblərimizə hörmətlə yanaşırıq. Amma məqsədimiz qrupdan çıxmaqdı. Rəqiblərimiz arasında “Borussiya” ilə oynamaq daha maraqlı olacaq”.

 

Qeyd edək ki, C qrupunda mübarizə aparacaq “Krasnodar” ilk oyununu sentyabrın 17-də səfərdə “Borussiya”ya qarşı keçirəcək. 

Xəbər lenti