7 Noyabr 12:20 “Məqsədimiz turnir cədvəlinin ən yüksək pilləsində qərarlaşmaqdı”
FUTBOL xəbərləri 7 Noyabr 12:20
9772 baxış

“Məqsədimiz turnir cədvəlinin ən yüksək pilləsində qərarlaşmaqdı”

“Azərbaycanla oyuna bütün biletlər satılıb. Bu, həm məni, həm də futbolçularımızı sevindirir”. Apasport.az saytının məlumatına görə, bu sözləri 21 yaşadək futbolçulardan ibarət Almaniya millisinin baş məşqçisi Horst Hrubeş deyib.

 

AVRO-2017-nin seçmə mərhələsi çərçivəsində noyabrın 13-də Azərbaycan, 4 gün sonra Avstriya ilə görüşəcək almaniyalıların çalışdırıcısı qarşılaşmalar haqda fikirlərini açıqlayıb: “Dolu tribunalar önündə oynamaqdan yaxşı heç nə ola bilməz. Lakin Azərbaycanla matçdan fərqli Avstriya ilə görüş üçün biletlər hələ satışdadı. Doğma azarkeşlərimiz önündə oynadığımızdan onlara sevinc bəxş etmək istəyirik. Məqsədimiz qrupda turnir cədvəlinin ən yüksək pilləsində qərarlaşmaqdı. Elə bu məqsəd üçün də mübarizə aparacağıq. Amma bunun üçün ilk növbədə hər iki qarşılaşmaya yaxşı hazırlaşmalıyıq”.

 

Qeyd edək ki, Almaniya – Azərbaycan matçı Reqensburq şəhərində keçiriləcək.

Xəbər lenti