15 İyul 22:24 Mərkəzi arenada qol vurulmadı - YENİLƏNİB
FUTBOL xəbərləri 15 İyul 22:24
9399 baxış

Mərkəzi arenada qol vurulmadı - YENİLƏNİB

Bu gün Çempionlar Liqasında II təsnifat mərhələsinin ilk oyunlarına yekun vurulacaq. Apasport.az saytının məlumatına görə, Azərbaycan çempionu “Qarabağ” avrokuboklarda mübarizəyə başlayıb.  

 

Qurban Qurbanovun yetirmələri qitənin ən nüfuzlu klub turnirinə Monteneqronun “Rudar” klubu ilə görüşlə qatılıb. Ardıcıl 2-ci dəfə Çempionlar Liqasında çıxış edən “Qarabağ” mövsümə ev oyunu ilə start verib.  

 

Ötən mövsüm Avropa Liqasının qrupunda çıxış edən çempionumuz qitənin ən nüfuzlu klub turnirinin əsas mərhələsinə doğru ilk addımını Bakıda atıb.

 

Ancaq gözlənilənlərin əksinə olaraq ağdamlılar öz meydanında sərfəli nəticə qazana bilməyiblər. Təmsilçimizin bütün cəhdlərinə baxmayaraq hesabı açmaq mümkün olmayıb.

 

Matç qolsuz bərabərliklə başa çatıb.

 

Çempionlar Liqası

II təsnifat mərhələsi

İlk oyun

 

“Qarabağ” (Ağdam, Azərbaycan) – “Rudar” (Plyevija, Monteneqro) - 0:0

 

Baş hakim: Sebastyan Koltesku, Radu Ginquleak, Mirça Qriqoriu, Katalin Qaman (hamısı Rumıniya)

 

Bakı. Tofiq Bəhramov adına Respublika stadionu

 

“Qarabağ”: 13. İbrahim Şehiç, 2. Qara Qarayev, 5. Maksim Medvedev, 14. Rəşad Sadıqov, 25. Ansi Aqolli, 55. Bədavi Hüseynov, 9. Reynaldo, 10. Dani Kintana, 20. Riçard Almeyda, 67. Al Harbi Jedayui, 77. Cavid Tağıyev

Ehtiyat oyunçular: 1. Fərhad Vəliyev, 19. Azər Salahlı, 32. Elvin Yunuszadə, 6. Vüqar Mustafayev, 11. Elvin Məmmədov, 18. İlqar Qurbanov, 91. Coşqun Diniyev

Baş məşqçi: Qurban Qurbanov

 

“Rudar”: 1. Miloş Radanoviç, 3. Corce Curiç, 11. Duşan Nesteroviç, 15. Jivkoviç, 16. Miroye İovanoviç, 17. Mirko Radisiç, 9. İvan Knejeviç, 14. Predraq Brnoviç, 20. Nedelko Blaxoviç, 8. Marko Vukoviç, 10. İqor İvanoviç

Ehtiyat oyunçular: 12. Marko Lazaroviç, 4. Vladan Qordiç, 7. Jelika Tomaşeviç, 13. Miliya Qoluboviç, 2. Alfons Soppo, 18. Stefan Relyiç, 6. Deyan Damyanoviç

Baş məşqçi: Mirko Mariç

 

Xəbər lenti