15 Oktyabr 15:23 Məşhur futbolçu “Oser faciəsi” haqda:  Həmin görüş heç vaxt yadımdan çıxmaz
FUTBOL xəbərləri 15 Oktyabr 15:23
5054 baxış

Məşhur futbolçu “Oser faciəsi” haqda: Həmin görüş heç vaxt yadımdan çıxmaz

“Yığmadakı sonuncu oyunum heç vaxt yadımdan çıxmaz. Oserdə Azərbaycanla qarşılaşmışdıq və 10:0 hesabı ilə qalib gəlmişdik”. Apasport.az saytı xəbər verir ki, bu sözləri Fransa yığmasının keçmiş hücumçusu David Jinola deyib.

 

Ölkəsinin mətbuatına müsahibə verən sabiq futbolçu maraqlı fikirlər səsləndirib.

 

O, söhbət əsnasında 1995-ci il, sentyabrın 6-da Fransanın heyətində Azərbaycan yığmasına qarşı keçirdiyi oyunu xatırlayıb: “Həmin matça əsas heyətdə çıxmamışdım. Ehtiyat oyunçular skamyasında əyləşdiyimdən, əvəzetmədən sonra meydana daxil oldum. Mən oyuna çıxandan az sonra komandamız Azərbaycan yığmasının qapısından 7-ci qolu keçirdi. Həmin görüş millidəki sonuncu matçım oldu. Bəzi azarkeşlərin məni fitə basmasına rəğmən, Fransaya qayıtmaq istədiyimi bildirdim. Həmin vaxt “Nyukasl”da çıxış edirdim. Əslində, yığma karyeramı davam etdirmək arzusunda idim. Amma belə alındı”.

 

Qeyd edək ki, 1990-1995-ci illər ərzində “xoruzlar”ın formasını geyinən Jinola 17 oyunda 3 qol vurub.

 

 

Xəbər lenti