7 Oktyabr 15:48 Məşhur futbolçunun evi qarət oldu
FUTBOL xəbərləri 7 Oktyabr 15:48
703 baxış

Məşhur futbolçunun evi qarət oldu

İngiltərə yığmasının yarımmüdafiəçisi Tom Kleverli xoşagəlməz halla üzləşib. Apasport.az saytının yerli mətbuata istinadən məlumatına görə, 26 yaşlı futbolçunun evinə oğru girib.

 

Kleverlinin Mançesterdə ailəsi ilə birlikdə yaşadığı evə məcbur daxil olan şəxslər hər kəsi qorxuya salıb. Hadisənin “Everton”la “Liverpul” arasında keçirilmiş Mersisayd derbisindən öncə baş verdiyi məlum olub. Həmin vaxt 3,5 milyon funt-sterlinqlik dəyəri olan villada Kleverli həyat yoldaşı və övladı ilə birlikdə olub.

 

Oğrular “Everton”un futbolçusunun 15 minlik bilərziyini, 50 minlik saatını və 10 minlik dəyərində olan çantasını oğurlayıblar. Kleverlinin 100 min funt-sterlinqlik avtomobili ilə məkandan uzaqlaşan dəstə polis tərəfindən hələ də axtarılır.

 

Qeyd edək ki, hadisə zamanı Kleverliyə və ailəsinə xətər yetirilməyib.

Xəbər lenti