25 Avqust 19:41 Məşhur menecerin lisenziyası ləğv olundu
FUTBOL xəbərləri 25 Avqust 19:41
667 baxış

Məşhur menecerin lisenziyası ləğv olundu

Türkiyəli məşhur menecer Ali Egeselin lisenziyası ləğv edilib. Apasport.az saytının əlumatına görə, Türkiyə Futbol Federasiyası (TFF) Nizam İntizam Komitəsi (NİK) açıqlama yayaraq tanınmış futbol menecerinin fəaliyyətinin qadağan olunduğunu bildirib.

 

Buna səbəb kimi menecerin 15 yaşdan aşağı uşaqlarla müqavilə imzalaması və onların təmsilçiliyini üzərinə götürməsi göstərilib.

 

Qeyd edək ki, Ali Egesel Türkiyənin tanınmış futbolçuları Burak Yılmaz, Umut Bulut, Alper Potuk və Əmrə Çolakın menecerliyini edir.

 

O, qardaş ölkədə Alper Potukun “Fənərbaxça”ya, Burak Yılmazın “Qalatasaray”a keçidi və bir sıra digər qalmaqallı və səs gətirən transferlərin əsas fiquru olub.

Xəbər lenti