9 Oktyabr 09:04 Məşqdə zədələndi, Azərbaycanla oyunu buraxa bilər - FOTO
FUTBOL xəbərləri 9 Oktyabr 09:04
636 baxış

Məşqdə zədələndi, Azərbaycanla oyunu buraxa bilər - FOTO

Avro-2016-nın seçmə mərhələsi çərçivəsində 4 gün sonra yığmamızla qarşılaşacaq Bolqarıstan millisi heyətlə bağlı problemlə üzləşib. Apasport.az saytı yerli mətbuata istinadən xəbər verir ki, bolqarların aparıcı futbolçularından olan Georgi Milanov zədələnib.

 

23 yaşlı yarımmüdafiəçi dünənki məşqdə zədə alıb. Milanovun zədəsinin ciddi olub-olmadığı tibbi müayinədən keçəndən sonra bəlli olacaq. Həkimlər məhz bundan sonra adıçəkilən futbolçunun oktyabrın 10-da Xorvatiya, ayın 13-də isə yığmamızla görüşdə iştirak edib-etməyəcəyini müəyyənləşdirəcəklər. İlkin rəyə əsasən, Milanovun zədəsi ciddidi.

 

Bolqarların digər futbolçusu İvaylo Çoçevin də Xorvatiya və Azərbaycanla oyunları buraxmaq ehtimalı var idi. Lakin həkimlər Çoçevin böyrəyindəki ağrıların keçdiyini bildirərək, onun hər 2 görüşdə iştirak edəcəyini qeyd ediblər.

 

 

Xəbər lenti