8 Avqust 19:16 “Messi 10 nömrəni mənə təklif etdi” – Arda Turan
FUTBOL xəbərləri 8 Avqust 19:16
5113 baxış

“Messi 10 nömrəni mənə təklif etdi” – Arda Turan

Bu yay “Atletiko”dan ayrılaraq “Barselona”ya keçən Arda Turan maraqlı açıqlamalar verib. Apasport.az saytının məlumatına görə, “NTV Spor”a müsahibəsində türk futbolçu müxtəlif komandalarda geyindiyi nömrələr haqqında danışıb.

 

“Türkiyə milli komandasında 14 nömrəli formanı ona görə seçdim ki, atam dahi hollandiyalı Kroyfun pərəstişkarı idi. “Atletiko”da əvvəlcə 11, daha sonra isə 10 nömrə altında çıxış etməyə başladım”.

 

Arda “Barselona”ya keçdikdən sonra Lionel Messinin öz nömrəsini ona təklif etdiyini də deyib:

 

“Messi mənə dedi ki, əgər istəyirsənsə 10 nömrəni sənə verə bilərəm. Təbii ki, mən buna razı ola bilməzdim”.

Xəbər lenti