2 Noyabr 12:30 Messi “El-Klasiko”da oynamayacaq
FUTBOL xəbərləri 2 Noyabr 12:30
1321 baxış

Messi “El-Klasiko”da oynamayacaq

“Barselona”nın argentinalı futbolçusu Lionel Messinin “El-Klasiko”da iştirak edib-etməyəcəyinə aydınlıq gəlib. Apasport.az İspaniyanın sport.es saytına istinadən xəbər verir ki, 28 yaşlı hücumçu La Liqanın XII turu çərçivəsində Madrid “Real”ı ilə qarşılaşmada forma geyinməyəcək.

 

Buna səbəb zədədən əziyyət çəkən Messinin sağalma prosesinin gecikməsidi. Həkimlər ulduz futbolçunun sıraya gözlənilən vaxtdan gec dönəcəyini bildiriblər. Bu mənada, “Barselona”nın məşqçilər korpusu Messini vaxtından əvvəl meydana buraxmaqla, risk etmək istəmir.

 

Hələ də qaça bilməyən futbolçu fizioterapevt nəzarəti altında müalicəsini davam etdirir. Qaçış hərəkətlərinə başlayandan sonra isə Argentina yığmasının üzvünün sıraya dönməsi üçün daha 3-4 həftə lazım olacaq.

 

Qeyd edək ki, noyabrın 21-də keçiriləcək “Real” – “Barselona” qarşılaşması Bakı vaxtı ilə 21:15-də start götürəcək. 

Xəbər lenti