28 Oktyabr 12:49 Messi “El Klasiko”da oynayacaqmı?
FUTBOL xəbərləri 28 Oktyabr 12:49
846 baxış

Messi “El Klasiko”da oynayacaqmı?

“Barselona”nın hücumçusu Lionel Messinin yaşıl meydanlara qayıdacağı tarix dəqiqləşib. Apasport.az saytının İspaniya mətbuatına istinadən məlumatına görə, La Liqanın VI turu çərçivəsində “Las Palmas”la qarşılaşmada dizindən zədələnərək, 2 aylıq sıradan çıxan argentinalı futbolçu “Xetafe” və “Vilyareal”la qarşıdakı matçları da buraxacaq. Tibbi müayinədən sonra klubun həkimləri Messinin XII tur çərçivəsində “Real”la keçiriləcək “El Klasiko”da iştirak edə biləcəyini açıqlayıblar.

 

Qeyd edək ki, “Real” – “Barselona” matçı noyabrın 21-də “Santyaqo Bernabeu”da keçiriləcək.

Xəbər lenti

Xəbər lenti