12 Avqust 18:54 Messi və Ronaldoya Suares də qoşuldu
FUTBOL xəbərləri 12 Avqust 18:54
694 baxış

Messi və Ronaldoya Suares də qoşuldu

UEFA-nın versiyasına görə Avropanın ən yaxşı oyunçusu adına namizədlərin siyahısı açıqlanıb. Apasport.az saytının məlumatına görə, qitənin ən yaxşısına veriləcək mükafat Monakoda Çempionlar Liqasının qrup mərhələsinin püşkatma mərasimi günü – avqustun 28-də təqdim olunacaq.

 

Seçimlər isə UEFA-ya üzv olan 54 ölkənin nümayəndələri və jurnalistlər arasında aparılıb. Artıq ilk üçlük açıqlanıb.

 

Belə ki, “Barselona”lı Lionel Messi və Luis Suareslə yanaşı, ən yaxşı olmaq uğrunda Madrid “Real”ının ulduzu Kristiano Ronaldo da mübarizə aparacaq.

 

Xatırladaq ki, qitənin ən yaxşısı mükafatını daha əvvəl Lionel Messi (2011), Andreas İnyesta (2012), Frank Riberi (2013) və Kristiano Ronaldo (2014) qazanıb.

Xəbər lenti