17 Oktyabr 11:27 Messinin Argentina yığmasındakı taleyinə aydınlıq gəldi
FUTBOL xəbərləri 17 Oktyabr 11:27
676 baxış

Messinin Argentina yığmasındakı taleyinə aydınlıq gəldi

Argentina Futbol Federasiyası ilə “Barselona” klubu arasında yaranmış qalmaqala son qoyulub. Apasport.az saytının məlumatına görə, Lionel Messi uğrunda mübarizədən İspaniya klubu qalib ayrılıb.

 

Məsələ burasındadı ki, argentinalılar ulduz futbolçunu yığmanın növbəti toplanışına çağırmaq niyyətində idilər. Onlar DÇ-2018-in seçmə mərhələsində gələn ay Braziliya və Kolumbiya ilə qarşılaşmalarda Messinin oynamasını istəyirdilər. Lakin futbolçunun tam sağalmamış oynamasına klub razılıq verməmişdi. Nəhayət, Messinin gələn aydakı toplanışa çağırılmayacağı məlum olub. Bu isə o deməkdi ki, Leo Braziliya və Kolumbiya ilə oyunları da buraxacaq.

 

Qeyd edək ki, hazırda zədəli olan Messi ən tezi La Liqa çərçivəsində noyabrın 21-də “Real”a qarşı keçiriləcək “El Klasiko”da yaşıl meydançalara qayıda biləcək.

Xəbər lenti

Xəbər lenti