13 Noyabr 09:41 “Messinin "Qızıl top” mükafatını qazanacağına əminəm” – Ronaldo
FUTBOL xəbərləri 13 Noyabr 09:41
1967 baxış

“Messinin "Qızıl top” mükafatını qazanacağına əminəm” – Ronaldo

“Real”ın yarımmüdafiəçisi Kriştianu Ronaldo maraqlı etirafla diqqət çəkib. Apasport.az saytının məlumatına görə, portuqaliyalı ulduz futbolçu “Qızıl top” mükafatını qazanmayacağını düşünür.

 

Ronaldonun fikrincə, bu il mükafata “Barselona”nın futbolçusu Lionel Messi layiq görüləcək: “Artıq neçənci dəfədi deyirəm ki, heç kimlə yarışmıram. Düzdü, Messi ilə dost deyilik, amma bir-birimizə hörmət edirik. Hər ikimiz böyük qələbələr arzulayan futbolçuyuq. Səmimi olmaq lazımdısa, Messinin  bu il “Qızıl top” mükafatını qazanacağına əminəm. Qalib səsvermə yolu ilə müəyyənləşir. Əgər sən eyni ildə həm Çempionlar Liqasının, həm ölkə çempionatının qalibisənsə, şansın daha çox olur. Bu məni narahat etmir. İl mənim üçün də yaxşı keçdi. Başqa heç nə məni maraqlandırmır”.

 

Qeyd edək ki, son iki ildə “Qızıl top”u Ronaldo qazanıb.

Xəbər lenti