7 Oktyabr 18:45 Messinin yoxluğu Aqueronun işinə yaradı
FUTBOL xəbərləri 7 Oktyabr 18:45
797 baxış

Messinin yoxluğu Aqueronun işinə yaradı

Argentina millisinin qarşıdakı oyunlarında Serxio Aquero 10 nömrəli futbolka ilə çıxış edəcək. Apasport.az saytının məlumatına görə, bu barədə futbolçu özü “Mançester Siti”nin rəsmi saytına açıqlama verib:

 

“Mənə dedilər ki, milli komandada nömrələr 1-dən 23-ə qədər olmalıdı. Daha əvvəl də 10 nömrə altında Bosniya və Hersoqovina və ABŞ millilərinə qarşı yoldaşlıq oyunlarında meydana çıxmışam. O zaman da Messi mənə demişdi ki, özü olmayanda bu nömrəni mənə etibar edir. Əlbəttə bu jestdən çox məmnunam, ancaq 10 nömrə həmişə Messiyə məxsusdu”.

 

Qeyd edək ki, Argentina millisi dünya çempionatı 2018-in seçmə mərhələsi çərçivəsində oktyabrın 8-də Ekvador, 13-də isə Paraqvay millisi ilə qarşılaşacaq.

Xəbər lenti