11 Oktyabr 00:02 “Meydançada bütün ruhumuzu qoyduq” – El Şaaravi
FUTBOL xəbərləri 11 Oktyabr 00:02
657 baxış

“Meydançada bütün ruhumuzu qoyduq” – El Şaaravi

“Çox vacib bir qələbə idi. Yaxşı hazırlaşmışdıq”. Apasport.az saytının məlumatına görə, bu sözləri İtaliya millisinin üzvü Stefan El Şaaravi deyib.

 

AVRO-2016-nın seçmə mərhələsi çərçivəsində Azərbaycan üzərində qələbədən sonra (3:1) jurnalistlərin suallarını cavablandıran gənc futbolçu oyun haqqında fikirlərini bölüşüb:

 

“Meydançada ürəyimizi və bütün ruhumuzu qoyduq və qələbə qazandıq. Buna görə çox şadıq. Çünki çox yaxşı və təşkilatlanmış bir komanda gördük. Ayrı-ayrılıqda yaxşı oyunçulardan təşkil olunmuş bir kollektiv idi. Dörd oyun idi ki məğıub olmurdular, ona görə də millinizə qarşı xüsusi hazırlaşmışdıq”.

 

Şaaravi həmçinin Avropa Liqasının qrup mərhələsində “Monako”nun heyətində “Qarabağ” qarşı çıxış edəcək hücumçu ağdamlılar haqqında da fikirlərini açıqlayıb:

 

“Çox yaxşı təşkil olunmuş bir komandaya qarşı oynayacağıq. Həmin oyunda da qalib gəlməyə çalışacağıq”.

Xəbər lenti