11 Avqust 15:23 “Milan” “10 nömrəsini” satır
FUTBOL xəbərləri 11 Avqust 15:23
999 baxış

“Milan” “10 nömrəsini” satır

“Milan”ın yarımmüdafiəçisi Keysuke Honda karyerasını İngiltərədə davam etdirə bilər. Apasport.az saytının İtaliya mətbuatına istinadən məlmatına görə, yaponiyalı futbolçu “Tottenhem”in maraq dairəsindədi.

 

London klubu italyanların “10 nömrəsinin” keçidinin reallaşması üçün artıq qarşı tərəfə rəsmi müraciət edib. “Rossonyerlər”in baş məşqçisi Sinişa Mixayloviç də 29 yaşlı oyunçunun gedişinə qarşı deyil.

 

Qeyd edək ki, Honda “Milan”a 2013-cü ildə Moskva MOİK-indən keçib.