11 Avqust 20:47 "Milan" "Roma"nın müdafiəçisini transfer etdi
FUTBOL xəbərləri 11 Avqust 20:47
633 baxış

"Milan" "Roma"nın müdafiəçisini transfer etdi

"Roma" müdafiəçisi Alessio Romanyoli ilə yollarını ayırıb. Apasport.az saytı xəbər verir ki, 20 yaşlı futbolçu yeni mövsümdən "Milan"ın formasını geyinəcək.

 

İtaliyanın gənclər yığmasının mərkəz müdafiəçisinin transferi "Milan" rəsmi saytı vasitəsilə bəyan edib. Bu keçid "rossonyerlər"ə 25 milyon avroya başa gəlib. Həmçinin "Milan" titul qazanacağı təqdirdə "Roma" daha 5 milyon avro gəlir əldə edəcək. Gənc oyunçu yeni komandası ilə 5 illik müqavilə imzalayıb.

 

Qeyd edək ki, Alessio Romanyoli ötən mövsümü icarə əsasında "Sampdoriya"da keçirib.

Xəbər lenti