4 İyul 11:52 “Milan”dan ayrıldı, “Fiorentina”ya keçir
FUTBOL xəbərləri 4 İyul 11:52
625 baxış

“Milan”dan ayrıldı, “Fiorentina”ya keçir

“Milan”dan ayrılan Salli Muntari karyerasını yenə İtaliya A seriyasında davam etdirə bilər. Apasport.az saytı xəbər verir ki, azad agent statusu daşıyan qanalı futbolçu ilə “Fiorentina” yaxından maraqlanır.

 

Florensiyalılar 31 yaşlı yarımmüdafiəçiyə yaxın günlərdə rəsmi təklif göndərəcəklər. Muntarinin bu təklifi qəbul edəcəyi gözlənilir.

 

Karyerası ərzində “Udineze, “Portsmut”, “İnter” və “Sanderlend” klublarının da formasını geyinmiş Muntari 2012-ci ildən “Milan”da çıxış edirdi.

 

 

 

 

 

Xəbər lenti