14 Avqust 10:26 “Milan”ın yeni transferi ölümlə təhdid edildi
FUTBOL xəbərləri 14 Avqust 10:26
1013 baxış

“Milan”ın yeni transferi ölümlə təhdid edildi

“Milan”ın yeni transferi Alessio Romanyolinin bu komandanı seçməsi birmənalı qarşılanmayıb. Apasport.az saytının İtaliya mətbuatına istinadən məlumatına görə, “Roma”nı “Milan”a dəyişən futbolçu ölümlə təhdid edilib.

 

“Roma”dan 25 milyon avroya “Milan”a transfer olan 20 yaşlı mərkəz müdafiəçisinin “Latsio” azarkeşi olduğu üzə çıxıb. O, 2002-ci ildə “Latsio”dan “Milan”a keçərək, bu komandanın əfsanəvi oyunçusuna çevrilən Alessandro Nestanın geyindiyi 13 nömrəli formanı seçib. Bu isə Romanyolinin ailəsinin yaşadığı Roma yaxınlığındakı Anzio bölgəsində narazılıqla qarşılanıb. Yerli insanlar həmin ərazidə binaların divarlarına “Romanyoli, axmaq qırmızı-qaralı”, “Latsio”lu Romanyoli, ölümün çatıb” kimi təhdidli ifadələr yazıblar. Futbolçunun ailəsi də bundan narazılıq bildirib və polisə şikayət edib.

 

Qeyd edək ki, Alessio Romanyoli 2012-ci ildən bu yaya qədər peşəkar futbolçu kimi “Roma”nın formasını geyinib.

Xəbər lenti