14 Oktyabr 02:30 “Milli komandada bu cür əhval-ruhiyyə nadir hallarda olur” – Maksim Medvedev
FUTBOL xəbərləri 14 Oktyabr 02:30
4829 baxış

“Milli komandada bu cür əhval-ruhiyyə nadir hallarda olur” – Maksim Medvedev

Milli komandamızın Bolqarıstanla oyunundan sonra (0:2) yığmamızın müdafiəçisi Maksim Medvedev apasport.az saytının əməkdaşının da suallarını cavablanıdırb.

 

- Bu oyundan hər kəs yaxşı nəticə gözləyirdi, ancaq komandamız məğlub oldu. Oyun haqqında fikirlərin maraqlıdı...

- Matçdan qabaq biz də yaxşı oynayacağımızı düşünürdük. Ancaq alınmadı. Bəlkə də çox həvəsli idik, ona görə “yandıq”. Heyətdə də bəzi dəyişikliklər var idi. Meydançada müəyyən anlaşmazlıqlar yaranırdı. Oyunçu paylaşmaqda, yer seçimində səhvlərimiz oldu. Nəticəsi də qapımıza hücumlar oldu ki, onlardan da ikisi qolla nəticələndi.

 

- Oyundan qabaq arxayınçılıq var idimi?

- Arxayınçılıq deməzdim. Daha çox inam var idi. Uşaqlar inanırdılar ki, bu gün biz daha yaxşı futbol oynaya biləcəyik və qələbə qazanacağıq. Düzdü milli komandada bu cür əhval-ruhiyyə nadir hallarda olur, ancaq bu dəfə hamımız ümidli idik. Ancaq müəyyən səbəblərdən alınmadı.

 

- Alışmadığın sol cinahda çıxış eləmək çətin deyildi sənin üçün?

- Çətin deyəndə ki, çoxdandı o cinahda oynamamışam, birdən o tərəfdə oynayanda çətin olur. Həm də Elnurla (Cəfərov – red.) ikimizin anlaşmamız çox yüksək səviyyədə deyildi. Bir-birimizi sığortalamaqda da problemlər yaşadıq.

 

- Əvəzləmə nə ilə bağlı idi?

- Ayağımda yüngül zədə var idi. İkinci hissədə bir toqquşmada bir az da əzildi. Ona görə də məcbur oldum ki, dəyişiklik istəyim.

 

- Prosineçki gələndən sonra 4 oyun idi ki, komandamız yenilmirdi. Ancaq son iki oyunu məğlub olduq. Ümumiyyətlə, seçmə mərhələni necə dəyərləndirirsən?

- Belə deyək də, müsbət. Çünki 4 məğlubiyyətdən sonra yeni məşqçi gəlir və 4 oyunluq məğlubiyyətsiz seriya yaxalayırıq. Bu, artıq nəticədi. Prosineçki nu komanda üçün çox iş görə bilər.

 

- Bu oyunu ilin ən pis oyunu adlandırmaq olarmı?

- Yox, məncə, Xorvatiyadakı oyun daha pis keçmişdi. Deyim ki, əgər biz bir də Bolqarıstanla oynasaq, tam başqa futbol göstərib, yaxşı nəticə qazana bilərik.

Xəbər lenti